Bağdadi qaçan arvadının dalınca xüsusi təyinatlı İŞİD dəstəsi göndərib
Tarix: 29-02-2016, 12:13 | Çap et
Bağdadi qaçan arvadının dalınca xüsusi təyinatlı İŞİD dəstəsi göndərib
İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi ötən həftə sirli şəkildə yoxa çıxmış arvadını axtarmaq üçün xüsusi təyinatlı dəstə göndərib. Virtualaz.org xəbər verir ki, bu haqda İraq telekanallarından biri xəbər yayıb. Bağdadinin milliyətcə alman olan arvadı Diana Kryuqer ötən həftə iki qadın köməkçisi ilə birlikdə İraqın Neynəva bölgəsindən yoxa çıxıb. Onun qaçdığı ehtimal edilir.

Bağdadi Diana Kryuqerlə ötən ilin oktyabrında evlənib. Qadın Bağdadi ilə evləndikdən sonra “İslam dövləti”nin qadınlar üzrə “şəriət hakimi” vəzifəsini yerinə yetirirdi. Onun əmri ilə bir çox qadınların cəzalandırıldığı, hətta edam edildiyi haqda məlumatlar var.

Bu, Bağdadinin itirdiyi ilk arvad deyil. 2014-cü ilin sonlarında onun arvadlarından biri azyaşlı qız uşağı ilə birlikdə Livanda həbs edilmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net