Tehran-Bakı münasibətlərində yeni mərhələ
Tarix: 29-02-2016, 10:25 | Çap et
Tehran-Bakı münasibətlərində yeni mərhələ
“İranla Azərbaycan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olması prioritet məsələdir”.

Vertikal.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bunu ANS-ə müsahibəsində bildirib.

Nazir Azərbaycan tərəfin Astaraçay üzərindən körpü salmaqla, hər iki ölkənin dəmir yollarını birləşdrməli olduğunu deyib. İran tərəfə gəlincə, 170 kilometrlik Astara- Rəşt dəmiryolu çəkməlidir . Bundan əlavə daha 180 kilometrlik Rəşt- Qəzvin dəmir yolu çəkilməlidir.

Nazir Ş. Mustafayevin fikrincə, İran tərəfi işlərin 80 faizini görüb: “İran tərəf Rəşt -Qəzvin dəmir yolunun çəkilməsində maraqlı tərəflərlə tərəfdaşlığa üstünlük verəcək. Bu dəmiryolunun çəkilməsində Rusiya, Şimali Avropa ölkələri maraqlıdır. İran bu ölkələrdən investisiya cəlb edə bilər”.

Nazir bildirib ki, dəmiryolu tam başa gələnə qədər İran Astarasından yüklərin “tır”larla daşınması nəzərdə tutulur.

Ş. Mustafayevin sözlərinə görə, dəmiryolu təkcə Rusiyanı bu dəhlizə birləşdirmək niyyəti güdmür. Daha uzağa gedən məqsədlər var: “Bu dəmiryolu Qərbə, yəni Avropaya, Şərqə Hindistana, Çinə, gedən dəmiryolları ilə kəsişir”.

Bu yükdaşımalardan Azərbaycanın nə qədər maliyyə vəsaiti qazana biləcəyi haqda sualı isə nazir dəqiq cavablandırmayıb: “Bu, yükdaşımaların həcmindən asılı olacaq. Hələlik 10 min tonlarla yük daşınmasından danışmaq olar. Dəmiryolu tam başa gəldikdən sonra isə milyonlarla ton yükdaşıma təmin oluna bilər”.

Qeyd edək ki, bu il fevralın 23-də prezident İlham Əliyev İranda səfərdə olub. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair 11 sənəd imzalanıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net