ABŞ-da neft tələbatının artdığına dair işarələr və quyuların sayının azalması ilə əlaqədar olaraq xam neft qiymətləri artır.
ABŞ-da 24 fevralda açıqlanan rəqəmlərin yanacaq tələbatının artdığını və ehtiyatların azaldığını göstərməsi ilə bağlı olaraq neft qiymətləri qalxır.
Üstəlik Venesuelanın neft naziri Eulogio Del Pino, verdiyi açıqlamada, gələn ay istehsalın dondurulmasını müzakirə etmək üçün baş tutacaq toplantının yerinin müəyyənləşdirilməsi üçün danışıqlar aparıldığını deyib.
Brent tipli xam neftin barrelinin qiyməti 1.7% qalxaraq Bakı vaxtı ilə saat 06:50-də 35.65 dolları, Qərbi Texas tipli xam neftin barrelinin qiyməti isə 0.6% artımla 33.08 dolları görüb.