Türkiyədən Rusiyaya böyük jest
Tarix: 29-02-2016, 09:55 | Çap et
Türkiyədən Rusiyaya böyük jest
Türkiyə Rusiyanın Vorkuta şəhərində baş verən mədən faciəsi ilə əlaqədar başsağlığı verib.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Rusiya Federasiyasının şimalındakı Komi muxtar respublikasında yerləşən “Severnaya” kömür mədənində baş verən partlayış nəticəsində çoxlu insanın həlak olduğu və hələ də dağıntılar altında xeyli insanın qaldığı haqda xəbərləri kədərlə izləyirik. Başda həyatını itirənlərin yaxınları olmaqla Rusiya xalqına başsağlığı, yaralılara isə şəfa diləyirik. Partlayışlar nəticəsində mədəndə köməksiz vəziyyətdə qalmış mədənçilərin və xilasedicilərin ən qısa zamanda sağ-salamat qurtarılmalarına ümid edirik”,-deyə bəyanatda bildirilib.

Qeyd edək ki, Vorkutdakı "Severnaya" mədənində baş verən üç partlayış nəticəsində 36 nəfər ölüb. Fevralın 28-dən Komi Respublikasında üç günlük matəm elan olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net