Qaxın Müqəddəs Georgi məbədində kilsə xidmətlərinin bərpası məqsədilə bütün Gürcüstanın patriarxı II İliya prezident ilham Əliyevdən din xadimi protopresviter Petr Xumaraşviliyə Azərbaycan vətəndaşlığının verilməsini xahiş edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.
“Biz dörd ay əvvəl patriarxın tövsiyələrini özündə əks etdirən məktubu Azərbaycan rəhbərliyinə göndərmişik. İki ay ərzində yekun cavabın verilməsini gözləyirik. Bu prosesini yekunlaşdıqdan sonra Azərbaycan dini komitəsinin razılığı ilə biz Müqəddəs Georgi məbədində ibadəti bərpa edəcəyik”, - deyə Yepiskop Dmitri Kapanadze bildirib.
Qeyd edək ki, Qanunvericiliyinə əsasən ölkə ərazisində yalnız Azərbaycan vətəndaşları təbliğatla məşğul ola bilər.

