Dünya bazarında neft bahalaşır
Tarix: 26-02-2016, 15:39 | Çap et
Dünya bazarında neft bahalaşır
Dünya birjalarında neftin qiyməti həftənin son iş gününü bahalaşma ilə başa vurur. ANS PRESS-in məlumatına görə, hazırda dünya bazarlarında “Brent” markalı neftin bir bareli 35.28 dollar təşkil edir.

“WTI” markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. Ötən səhər 32.00 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 33.17 dollar müəyyən olunub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,78 dollar bahalaşaraq 34,42 dollar təşkil edib.

Əlvan metalların qiymətində isə cüzi ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 39,79 dollar olub. Platinin 1 qramı 29.62 dollar, palladiumun 1 qramı isə 15.55 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.48 dollar müəyyənləşib.

AMB-dən verilən məlumata görə, 26.02.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5624 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində ucuzlaşma qeydə alınıb. Avro 1.7282 manat, Rusiya rublu isə ucuzlaşaraq 0.0207 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.1881 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5339 AZN dəyərində müəyyənləşib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net