
Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinə məxsus "F-15E" qırıcıları Türkiyənin İncirlik hərbi bazasındadır.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezident adminstrasiyasının sözçüsü İbrahim Kalın fevralın 26-da keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, həmin qırıcılar terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyatlarda iştirak edəcək.

