PKK Ərdoğana hücum edəcək - Plan
Tarix: 26-02-2016, 14:30 | Çap et
PKK Ərdoğana hücum edəcək - Plan
PKK terror təşkilatı Türkiyə rəhbərliyinin də daxil olduğu 6 nəfər barəsində ölüm əmri verib.

Axar.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bu fakt təhlükəsizlik orqanlarının PKK-nın Qəndildəki rəhbərliyi ilə Türkiyədəki terrorçular arasında rabitə danışıqlarını dinləməsi nəticəsində ortaya çıxıb.

Hüquq mühafizə orqanlarının Ankara və İstanbul şəhərlərinin rəhbərliyinə göndərdiyi məktubda PKK-nın Baş nazirin köməkçisi Numan Qurtulmuş, Müdafiə naziri İsmət Yılmaz, CHP-dən millət vəkili Gürsəl Təkin, Strateji Düşüncə İnstitutunun koordinatoru Məhməd Şahin, “Fox” kanalının aparıcısı Fatih Portağal və Flaş TV-nin aparıcısı Gökhan Daşqına sui-qəsd planladığı bildirilib.

Bundan əlavə, PKK-nın Prezident sarayı ilə Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı ofisinə təxribat hazırladığı da qeyd edilib.

Hazırda Prezident sarayı və Ərdoğanın ofisində təhlükəsizlik tədbirləri gücləndirilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net