Ana və övladı faciəvi şəkildə öldü
Tarix: 26-02-2016, 13:46 |
Çap et
Qusarda dəm qazı növbəti dəfə iki nəfərin həyatına son qoyub. ANS PRESS-in məlumatına görə, hadisə şəhərin Məlikov 41 ünvanında qeydə alınıb. Ana və övladı dəm qazından boğularaq dünyasını dəyişiblər.
Hazırda polis və prokurorluq həmçinin qaz idarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar. Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.
Qusarda fevral ayının 12-də də dəm qazından 2 nəfər boğulub. Rayonun Hil kəndində yeni tikilmiş, lakin yaşayış olmayan evin hamamında evin sahibi, 25 yaşlı Rəşad Mustafayevin və 32 yaşlı Zoya Məhsimova Dünyaməddin qızının meyitləri tapılıb.
Rəşad hələlik hadisə baş verən evə köçmədiyindən 2 uşağı və həyat yoldaşı ilə atasının evində yaşayırmış. Oğlanın Bakıda olan valideynləri oğullarının gecə evə gəlmədiyindən xəbər tutub qonşulardan rayonda tikilən yeni evə baxmalarını xahiş ediblər. Mustafayevlərin təzə evinə gələn qonşu evin hamamında Rəşadın və tanımadığı gənc qadının meyitlərini görüblər. Mərhumların meyiti hamamın şüşəsi sındırılaraq çıxarılıb.
Dünyasını dəyişən Zoya Məhsimovanın həyat yoldaşından boşandığı və bir uşaq anası olduğu bildirilirdi.