Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilir
Tarix: 26-02-2016, 13:26 | Çap et
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilir
Ali Məhkəmənin hakimi İslam Əliyev vəzifəsindən azad edilir.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə qərar layihəsi təqdim olunub.

Qərar layihəsində bildirilir ki, İslam Əli oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilməsi məsələsi Milli Məclisin müzakirəsinə tövsiyə edilsin.

Layihə martın 4-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.

APA.AZ





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net