Nazirə erotik məktublar yazdı, həbs edildi
Tarix: 26-02-2016, 12:59 |
Çap et
29 yaşlı qız Fransanın iqtisadiyyat naziri Emmanuel Makroya çoxsaylı sevgi məktubu yazdığına görə həbs edilib.
Moderator.az “kp.ru”-ya istinadən xəbər verir ki, o öz ehtirasını erotik fotolarla da büruzə verib.
Əvvəlcə nazir məktublara diqqət yetirməyib. Ancaq pərəstişkarı əməlindən vaz keçməyib, daha da israrlı olub. Nəticədə, Makron rəsmi şikayət yazıb.
Polis qızın şəxsiyyətini müəyyən edib və axtarış qərarı ilə onun evinə baş çəkib. İndi o, həbsdədir. Fransız qanunlarına görə, nazirin pərəstişkarına bir ilə qədər həbs cəzası və 15 min avro cərimə düşür.