“Mehriban Hüseynova həbsdə qalacaq” - İlhamənin vəkili
Tarix: 26-02-2016, 12:57 |
Çap et
İlhamə Quliyevanın vəkili Elmira Məmmədova xalq artistinin vida mərasimində jurnalistlərin suallarını cavablandırıb.
“Qafqazinfo” xəbər verir ki, miras məsələsinə aydınlıq gətirən vəkil bildirib ki, İlhamə Quliyeva övladını heç vaxt yaddan çıxartmaz: “Oğlu Orxanı çox istəyirdi. Heç vaxt qoymazdı ki, Orxanın və ailəsinin nəyəsə ehtiyacı olsun. O rəhmətə getməmişdən 4 gün əvvəl onlarda idim. Danışırdıq, çox yaxşı idi. Mən onun ölümünə inana bilmirəm. Söhbət elədik, güldük”.
Mehriban Hüseynova ilə bağlı məsələdən də danışan vəkil deyib ki, onun əlyazmaları saxtadır: “Əgər elə bir səs yazıları var idisə, əvvəldən Mehriban harda idi, niyə gedib təqdim etmirdi? İlhamə xanımı sevməyənlər var idi. Mən qoymaram ki, Mehribanla bağlı iş yarımçıq qalsın. Mehriban Hüseynova həbsdə qalacaq. İlhamə xanımın bu gün həyatda olmamağına, balasını tək qoymağına görə Mehriban Hüseynovanı günahlandırıram, çünki ona stress yaşatdı. İki ay yarım o xəstəxanada yatdı, canı ilə əlləşdi. O bəlkə 80 il yaşayardı. Mehriban Hüseynovanın hələ açılmayan sirrləri var. Mən bilirəm. Hələ ki istintaq gedir, elə sirlər var ki, onu aça bilmərəm”.