Kürdəmir sakini iki nəfəri güllələyib
Tarix: 26-02-2016, 12:02 | Çap et
Kürdəmir sakini iki nəfəri güllələyib
Kürdəmir rayon sakini iki nəfəri güllələyib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 25-də Kürdəmir rayonunda rayon sakini Məhəmmədəli Abdullayev həmyerlisi Natiq Dəmirovun evində olarkən aralarında baş vermiş münaqişə zamanı M.Abdullayev N.Dəmirova və qardaşı Raqifə ov tüfəngindən açdığı atəşlə xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdirilib.

Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Abdullayev tutulub, hadisə yerindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş “Arthems” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net