Almaniyada qaçqın qalmaqalı - 130 min nəfər yoxa çıxıb
Tarix: 26-02-2016, 11:17 | Çap et
Almaniyada qaçqın qalmaqalı - 130 min nəfər yoxa çıxıb
Almaniyada qaçqınlarla bağlı yeni qalmaqal yaranıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkəyə gələn 130 min miqrant yoxa çıxıb.

Alman mətbuatı Daxili İşlər Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanmış gizli sənədlər ələ keçirib. Sənəddə qeyd olunur ki, ölkəyə gələn qaçqınların 13 faizi faktiki olaraq yoxa çıxıb.

Belə ki, sərhədi keçdikdən sonra onlar qeydiyyat üçün müraciət etməyiblər. Polis isə hesab edir ki, itkin düşən qaçqınlar ya Almaniyada qeyri-leqal yaşamağa davam edir, ya da Avropa İttifaqının digər ölkələrinə keçiblər.

Xatırladaq ki, Almaniyaya ötən il Yaxın Şərq və Şimali Afrikadan 1,1 milyon qaçqın axın etmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net