Cümə axşamı, 13 noyabr 2025, 06:02:10  

Elman Mehdiyev: “Pensiyalar hər ay qrafikdən əvvəl maliyyələşdirilir”
Tarix: 26-02-2016, 11:14 | Çap et
Elman Mehdiyev: “Pensiyalar hər ay qrafikdən əvvəl maliyyələşdirilir”
Pensiyaların maliyyələşdirilməsi hər ay qrafikdən əvvəl aparılır.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.

O, qeyd edib ki, fondun kifayət qədər maliyyə dayanıqlığı var: “Bu yaxınlarda parlamentdə Dövlət Sosial Müdafiə Fondunun 2016-cı ili üzrə büdcəsində dürüstləşmə aparılıb. Ayrılacaq maliyyə vəsaiti həm dövlət büdcəsinin, həm də Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta agentliyinin maliyyəsi hesabına təmin olunub. Bu isə onu deməyə əsas verir ki, pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malik olacaq. Hər ay pensiyalar qrafikdən əvvəl maliyyələşdirilir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net