Mərkəzi Bankın sədri: "Bankların konsolidasiyası başa çatıb"
Tarix: 26-02-2016, 10:43 | Çap et
Mərkəzi Bankın sədri: "Bankların konsolidasiyası başa çatıb"
"Azərbaycan İpoteka Fondu" ASC üçün dövlət büdcəsindən 50 mln. manat ayrılıb. Amma fond büdcədən tam maliyyələşə bilməz. Əlavə mənbələrdən də pul cəlb etməlidir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov həmçinin, bankların konsolidasiya prosesinin başa çatdığını da bildirib: "Bircə "AGBank"la bağlı məsələ qalıb. Onlar da öz əmanətçilərinin hesabına kapitalını artırır".
E. Rüstəmov ölkədə İslam Bankının yaradılması ilə bağlı hər hansı müzakirə aparılmadığnı da əlavə edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net