Zori Balayanın etirafı
Tarix: 26-02-2016, 09:47 | Çap et
Zori Balayanın etirafı
Xankəndində, orta məktəb şagirdləriylə görüşü zamanı nəvəsini məktəbdən götürməyə gələn yaşlı bir adam Zori Balayana bir sual verir:
-Deyə bilərsizmi, biz ermənilər qələbə çalmışıq və ya məğlub olmuşuq?
Zori Balayan istehzayla gülərək qocaya:
-Bizim qələbə çaldığımızı bütün dünya bilir, sən bilmirsən ki, bunu məndən soruşursan?
Sonra da əlini sırayla düzülmüş birinci sinif şagirdlərinə uzadaraq, “qoca, sən o uşaqdan soruş, bax o belə biləcək.
Qoca narazı ifadəylə:
- Mən savadsız biriyəm. Neçə il Xankəndində taksi sürücüsü işləmişəm, qalan ömrüm də təcili yardım stansiyasının sürücüsü işləməklə keçib. Nəvəm bu məktəbdə oxuyur. Gəlmişdim onu evə aparam sizi gördüm. Dedim məni neçə ildir narahat eləyən suallardan xilas olum. 1992-ci ildə Xankəndində 65 min əhali yaşayırdı, bu gün isə 18 min adam qalıb. 3.5 milyon əhalisi olan Yerevanda da 1 milyon 200 min adam. Hər il Ermənistanda 80 min adam dünyaya gəlirdisə, indi 20 minlik Əsgəranın orta məktəbində 65 nəfər şagird var, 120 də müəllim. Digər rayonlarda da vəziyyət eyni cürdür. Bir qocalar qalıb, bir də ki, qız-qadınlar. Biz hara gedirik?! Yenə də biz yaşlılar öz ömrümüzü pis-yaxşı yaşamışıq, bəs bu gənclərin vəziyyəti necə olacaq? Dünyada baş verən heç bir müharibədə bu qədər insan itkisi verilməyib. 1941-45 müharibəsində belə, əhalinin bu qədər kütləvi axını baş verməmişdi.

Zori Balayan qocaya cavab verir:
- Biz 1992-ci ildə qələbəmizi belə qeyd elədik. Hələ Şah İsmayıl Xətai dönəmində Azərbaycan dövlətinin, ordusunun yaranmasında onlarla çiyin-çiyinə olan talış xalqiyla aranı qatdıq. Erməni xüsusi xidmət orqanlarının, eləcə də erməni lobbisinin əliylə Azərbaycanı beş yerə bölücülüyə təhrik elədik.
Son dönəmdə Heydər Əliyev hakimiyyətə gəldi. Onun gəlişi bizim planlarımızı alt-üst elədi.

Bəli, bunlar real faktlardır. Mən hələ 2010-cu ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində olarkən vaxtilə Qarabağ müharibəsinin iştirakçısı olmuş bir erməni (Ermənistan vətəndaşı) ilə təsadüfən görüşdüm. Uzun-uzadı söhbətimiz oldu. Elə alındı ki, o, mənə şahidi olduğu bir neçə faktı açıqladı. Onu da bildirim ki, mən həmin faktların bəziləri haqda “27 ildən sonra” (Bakı, “Nurlan”, 2013) adlı kitabımda yer almış “Silinməyən ləkə” romanımda bəhs eləmişəm. Zori Balayanın barəsində də həmin faktların bəzilərini nəzərinizə çatdırıram. Bunu eləməkdə məqsədim odur ki, bu faktlar bir bədii əsərdə yer alsa da, bədiilik qatılmamış gerçək faktlardır.
Azərbaycanın haqlı mübarizəsində bu həqiqətləri diqqətə çatdırmağı özümə vətəndaşlıq borcu bilirəm.
Zori Balayanın Xocalı soyqırımında birbaşa iştirakını təsdiqləyən faktlar mövcuddur. Və bu faktlar onun öz kitabında yer alır. Bu erməni şərəfsizi, canisi 1996-cı ildə nəşr olunan "Ruhumuzun canlanması" adlı əsərində Xocalı soyqırımına haqq qazandırır və bu şəhərdə Azərbaycanlılara qarşı soyqırım həyata kecirildiyini fəxrlə etiraf edir:
"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz on üç yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk usağı çox səs-küy salmasın deyə, Xaçatur usağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu usağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk usağı yeddi dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürürlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və biz bu hərəkəti üç türk usağına da tətbiq elədik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim".

Xocalıda ermənilərin Azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı faktlarını əsərində sadalayan Zori Balayan hər bir erməninin bu hərəkətdən fəxr duymalı olduğunu bildirib. O öz terror faktlarını belə kitabında yazmaqdan çəkinməyib. Məhz bu faktlara əsasən, o, İnterpol vasitəsilə beynəlxaq axtarışa verilsə də, Avropada bir neçə dəfə saxlanılsa da, Azərbaycan tərəfinin məsələni siyasiləşdirdiyini bildirərək, azadlığa çıxıb.
Bununla belə, törətdikləri terror faktlarını da etiraf eləməkdən çəkinməyib.
Gün gələcək, insanlıq tarixini utandıran bu cür hadisələri qəhrəmanlıq sayanlar elə tarix qarşısında da cavab verməli olacaqlar!

Cəlaləddin Qasımov,
Beynəlxalq Kaşqari Fondunun vitse-prezidenti,
Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü,
yazıçı-publisist, polis mayoru





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net