Türkiyəli ilahiyyatçı ATƏT sədrinin xüsusi nümayəndəsi təyin edilib
Tarix: 24-02-2016, 13:00 | Çap et
Türkiyəli ilahiyyatçı ATƏT sədrinin xüsusi nümayəndəsi təyin edilib
ATƏT-in fəaliyyətdə olan sədri Almaniya Federativ Respublikası tərəfindən türkiyəli ilahiyyatçı, dosent Bülent Şenay ATƏT-in müsəlmanlara qarşı dözümsüzlük və ayrı-seçkiliklə mübarizə üzrə xüsusi təmsilçisi təyin edilib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb. XİN-in açıqlamasında bildirilir ki, Türkiyə ATƏT coğrafiyasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və qurumun siyasi-hərbi, ətraf mühit, insan ölçüsü ilə bağlı fəaliyyətlərinə əhəmiyyətli töhfə verir: “Ölkəmiz regional qeyri-stabillik, miqrant axını və terror təhdidlərinin artması fonunda dözümsüzlük, irqçilik, İslam əleyhinə çıxışların önlənməsi baxımından beynəlxalq institutların fəaliyyətinin dəstəklənməsinə xüsusi töhfə verir. Müsəlmanlara qarşı dözümsüzlük və ayrı-seçkiliyə qarşı qərarlı yanaşmamız nəticəsində bu təyinat tərəfimizdən məmnuniyyətlə qarşılanıb”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net