Eks-prezident KQB ilə əməkdaşlığından danışdı
Tarix: 24-02-2016, 12:42 | Çap et
Eks-prezident KQB ilə əməkdaşlığından danışdı
Polşanın keçmiş prezidenti Lex Valensa xüsusi xidmət orqanları ilə əməkdaşlıq haqqında sənədi onların əməkdaşlarından birinə kömək etmək məqsədilə imzalayıb.

Axar.az xəbər verir ki, bunu eks-prezident “Polşa radiosu”na açıqlamasında deyib. Onun sözlərinə görə, xüsusi xidmət orqanları ilə iki sənəd imzalayıb:

“Onlar pulları özləri üçün götürürdülər. Bunu müxtəlif insanlar uzun müddət növbəli şəkildə ediblər. Mən artıq çoxdan onlarla əlaqələrimi dayandırmışam. Adımın bu işdə hallanmasına görə kapitan Qraçik adlı şəxs məsuliyyət daşıyır. Mən əməkdaşlıq haqqında sənədə imza atmışam, amma onlara heç bir informasiya verməmişəm”.

Qeyd edək ki, Lex Valensanın SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə işləməsi haqqında iddialar 1980-ci illərdə Polşanı idarə edən general Voytsex Yaruzelskinin ən yaxın adamlarından biri olan general Çeslav Kişakın məxfi sənədlərinin ictimaiyyətə təqdim edilməsindən sonra ortaya çıxıb. 90 səhifəlik sənədin içərisində həmçinin xüsusi xidmət orqanları ilə əməkdaşlığa razılıq verilməsi ilə bağlı zərf də yer alıb. Bu sənədin altında isə “Lex Valensa-Bolek” imzası qoyulub. Bolekə aid sənədlərin 1970-1976-cı illəri əhatə etdiyi bildirilib.

Lex Valensa bundan öncə də kommunist rejimin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunub. 2000-ci ildə Polşa Məhkəməsi ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Valensa 1990-1995-ci ildə Polşa prezidenti olub. O, Polşada kommunist rejiminə qarşı mübarizə aparan əsas siyasi xadimlərdən hesab edilir və 1983-cü ildə Nobel sülh mükafatına layiq görülüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net