YPG terror təşkilatı olduğunu isbatladı - Foto
Tarix: 24-02-2016, 12:20 | Çap et
YPG terror təşkilatı olduğunu isbatladı - Foto
PKK terror təşkilatının Türkiyənin Diyarbəkir vilayətinin Silvan rayonunda atəş hazırlığı keçdiyi, hədəf lövhəsində isə Mustafa Kamal Atatürkün fotosunun seçildiyi ortaya çıxıb.

Axar.az “Star” qəzetinə istinadən xəbər verir ki, təlimləri Suriyadan gələn YPG-nin “Dəniz” kod adlı terrorçusu keçib.

Təxminən 30 PKK-çı Diyarbəkirin Silvan, Sur və Cizrə rayonlarında döyüşmək üçün hazırlanıb. Atəş hazırlığı zamanı ABŞ istehsalı M-16 silahlarından istifadə olunub. Atatürkün şəklini vuran terrorçuların mükafatlandırıldığı bildirilir.

Bundan əlavə, PKK-çılar Atatürkün fotosunun boğazına bıçaq dirəyərək, şəkil də çəkdiriblər.

Qəzet bu foto ilə PKK/YPG-nin İŞİD-dən fərqlənmədiyini yazıb.

YPG terror təşkilatı olduğunu isbatladı - Foto
YPG terror təşkilatı olduğunu isbatladı - Foto
YPG terror təşkilatı olduğunu isbatladı - Foto





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net