Dövlət Komissiyası: Erməni əsirliyində olmuş insanlarda yoluxucu xəstəliklər aşkarlanıb
Tarix: 24-02-2016, 11:59 |
Çap et
“Erməni əsirliyində olmuş insanlar üzərində aparılan tibbi müayinələr nəticəsində əsirlərdə yoluxucu xəstəliklər aşkarlanıb”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov deyib. O bildirib ki, Ermənistanda əsir və girovların yaş həddinə məhəl qoyulmayıb: “Girovluqda yaşı 80, hətta 90-dan yuxarı şəxslər var idi. Eyni zamanda, Xocalıda əsir və girov götürülən insanların taleyi haqda məlumat yoxdur”.