“Moskva satılmış agentimizin öldürəcək”
Tarix: 24-02-2016, 11:31 |
Çap et
Rusiya xüsusi xidmət orqanları ukraynalı terrorçulara qarşı radikal addımlar ata bilərlər.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi nümayəndəsi Aleksandr Tkaçuk söyləyib. Onun sözlərinə görə, Moskva Donbasdakı separatçıların komandirlərindən biri İqor Bezler və “Vostok” batalyonunun eks-komandiri Aleksandr Xodakovskinin ölüm əmrini verə bilər:
“Bir müddət öncə Donetskə səfər edən Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun da əsas vəzifəsi bu şəxslərin fəaliyyətini öyrənmək olub. Onun səfərindən sonra isə qondarma rejimin “xarici işlər naziri” olan Kofman vəzifəsindən uzaqlaşdırılıb”.
Qeyd edək ki, Surkov fevralın 16-da Donetskə səfər edib. Ukrayna mətbuatı onun burada separatçı liderlərlə bağlı hesabatlarla tanış olduğunu bildirib.
Aleksandr Xodakovski hazırda qondarma Donbas Xalq Respublikasının Təhlükəsizlik Şurasının sədridir. O, Maydan hərəkatı olmazdan öncə Ukrayna Təhlükəsizlik Xidmətinin zabiti kimi çalışıb.