Qəbələ - İstanbul aviareysləri fəaliyyətə başlayır
Tarix: 24-02-2016, 11:28 | Çap et
Qəbələ - İstanbul aviareysləri fəaliyyətə başlayır
Türkiyənin aşağı büdcəli aviaşirkəti "Pegasus" mart ayından etibarən Qəbələ-İstanbul mütəmadi reyslərinə başlayır.

Reyslərin həyata keçirilməsinə martın 18-dən başlanacaq və həftədə 3 dəfə yerinə yetiriləcək.

Qəbələ-İstanbul reysi həftənin III, V və VI günləri həyata keçiriləcək. Bir istiqamət üzrə uçuş tarifi 49,99 avro təşkil edəcək.

İstanbuldan təyyarə saat 22:40-da havaya qalxacaq və 03:20-də Qəbələyə enəcək. Qəbələdən isə 04:20-də (yay mövsümündə 04:50) hava limanından uçacaq və 05:50 radələrində İstanbulda olacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net