Sevdiyi qızı qətlə yetirənin məhkəməsi başlayıb
Tarix: 24-02-2016, 11:20 | Çap et
Sevdiyi qızı qətlə yetirənin məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü Babək Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. B.Əliyev sevdiyi qızı qətlə yetirməkdə təqsirləndirilir.

Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxışı martın 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə keçən il oktyabr ayında baş verib. 1990-cı il təvəllüdlü Babək Əliyev İlahə Yusubovanı qətlə yetirib. O, istintaqa ifadəsində bildirib ki, dəfələrlə tanışı İ.Yusubovaya evlilik təklifi edib, lakin heç vaxt qarşılıq almayıb. Keçən il oktyabrın 29-da B.Əliyev sevdiyi qızı metronun “Qara Qarayev” stansiyasının yaxınlığına görüşə çağırıb. Növbəti dəfə rədd cavabı alan B.Əliyev İ.Yusubovanı yerə yıxaraq ona 15 dəfə bıçaq zərbəsi endirərək xüsusi amansızlıqla qətlə yetirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net