“Beşiktaş” futbol klubu xərçəng xəstəsi azərbaycanlıya dəstək oldu
Tarix: 23-02-2016, 12:42 | Çap et
“Beşiktaş” futbol klubu xərçəng xəstəsi azərbaycanlıya dəstək oldu
İstanbul Texniki Universitetində təhsil alan Azərbaycan vətəndaşı İbrahim Fərhadlı üçün yardım kampaniyası başlanıb.

Vertikal.az saytı "Report"a istinadən yazır ki, sümük iliyi xərçəngindən əziyyət çəkən İ.Fərhadlıya "Beşiktaş" klubundan da dəstək gəlib.

Azərbaycanlı tələbənin azarkeşi olduğu klubun futbolçuları - Mario Qomeş, Olcay Şahan, Gökhan Töre, Günay Güvenç, Cenk Tosun və Tolqa Zengin 22 yaşlı gəncə dəstək mesajı yayımlayıblar. Üstəlik "Beşiktaş" futbolçuları imzaladıqları formanı İ.Fərhadlıya göndəriblər.

Bakı Dövlət Universitetinin məzunu olan İ.Fərhadlı təhsilini İstanbul Texniki Universitetində ətraf mühit mühəndisliyi üzrə davam etdirir. Burun qanaxması nəticəsində xəstəxanaya aparılan azərbaycanlı gəncə xərçəng diaqnozu qoyulub. Türkiyə vətəndaşı və sosial təminatı olmadığı üçün müalicə özəl klinikada aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net