62 yaşlı kişi sirkə turşusundan öldü
Tarix: 23-02-2016, 11:25 |
Çap et
Gəncə şəhərində sirkə turşusundan zəhərlənən şəhər sakini xəstəxanada ölüb. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, şəhərin Tereşkova küçəsi 40/14 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Müseyib Məsimali oğlu Babacanov sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Vəziyyəti ağır olan 62 yaşlı kişiyə tibbi yardım göstərilsə də o, xəstəxanada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarından hadisənin intihar yaxud ehtiyyatsızlıq səbəbindən baş verdiyinin araşdırıldığı bildirilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırılma aparılır.
Gəncədə oşar hadisə bir neçə gün bundan əvvəl də qeydə alınıb. Şəhərin Yeni Gəncə qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Fəxriyyə Əsgər qızı İsgəndərova fevral ayının 8-də sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Tibb müəsisəsində lazımı tibbi yardım göstərilən qadın orada 1 gün saxlanılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada keçinib.