"Mənim üçün ən böyük şok idi" - Röya
Tarix: 22-02-2016, 13:31 | Çap et
"Mənim üçün ən böyük şok idi" - Röya
Əməkdar artist Röya Ayxan Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə açıqlama verib.

Axşam.az-ın məlumatına görə, ifaçı "əməkdar artist" fəxri adının sevincini hələ də yaşadığını bildirib:

"2 aya yaxındır ki, əməkdar artistəm. Bu diqqətə görə hər kəsə təşəkkür edirəm. Ağladığım videonu Zamiq yayıb. Doğrudan da mənim üçün ən böyük "şok" idi. Gözlənilməz oldu. Mən sənət adamıyam, qadağalarım yoxdur. Təbii ki, bəzi şeyləri daha ehtiyatla, ölçüb-biçərək həyata keçirəcəyəm. Arzularım var. "General"a qədər gəlib çatmaq istəyirəm".

Müğənni tez-tez arıqlaması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib:

"2005-ci ildə geyindiyim paltarları hələ də geyinirəm. Hüseyni dünyaya gətirdiyim vaxtda dolu, toppuş qız olmuşam. Sonra mən 50 kilodan o tərəfə olmamışam axı. Bəzən olur ki, keçirdiyim əməliyyatlara, aldığım narkozlara görə ordan-burdan şişirəm. Təzədən də yerinə oturur. 50 kiloyam, nə edə bilərəm? Hərdən arıqlayıram, o da əsəbə görə olur. Əsəbiləşəndə heç nə yeyə bilmirəm".

Sənətçi yeni yaradıcılıq işlərindən də danışıb:

"İstanbula hazırlaşıram. Aprelin 10-a qədər 4-cü sinqlımızı təqdim edəcəyik. Detalları açıqlamaq istəmirəm. Türkiyədə çıxacaq, səs-sədası buraya gələcək".







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net