İŞİD Dəməşqi "WhatsApp" vasitəsilə partladıbmış
Tarix: 22-02-2016, 12:32 |
Çap et
9 fevralda Dəməşqdə zabitlər evinin yanında baş verən partlayışın necə gerçəkləşdiyi məlum olub.
Avropa.info xəbər verir ki, terror aktının icraçısı deyib ki, İŞİD komandiri partlayış barədə göstərişləri “WhatsApp” vasitəsilə verib. Sifarişçi və icraçı terror aktını kodlaşdırılmış sözlər vasitəsilə planlaşdırıblar.
Hücumun icraçısı Zqir adlı şəxs sifarişçi Safa Əbdülhəmidlə İraqda amerikan həbsxanasında tanış olduğunu bildirib.