Samirənin keçmiş ərindən etiraf: "Hələ də sevirəm"
Tarix: 22-02-2016, 12:28 | Çap et
Samirənin keçmiş ərindən etiraf: "Hələ də sevirəm"
Boşanan cütlük aşıq Samirə Əliyeva və prodüser Rizvan Məmmədov birlikdə kamera qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, R.Məmmədov “ATV maqazin onlarla” verilişində hələ də qarşı tərəfə hissləri olduğunu etiraf edib:

“Həmişə bir yerdə olmuşuq. Bizim dostluğumuzun təməli ailəmiz oldu. Dostluğumuzu heç nə poza bilməz. Heç vaxt Samirə ilə ailə qurmağıma peşman olmamışam. Hər zaman fəxr edəcəm ki, Samirə xanım övladlarımın anasıdır. Onu həddindən artıq çox istəyirəm. Etiraz etmirəm ki, onu sevmirəm. Dünyaya övlad bəxş edən insanı istəməmək mümkün deyil. Onu ilk gündə tanıyanda nə qədər sevmişəmsə, indi də elə sevirəm. Ayrıldığımız üçün övladlarıma görə peşmanam".






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net