10 milyon dollar dəyərində 1 dollarlıq sikkə sərgiyə çıxarılacaq
Tarix: 22-02-2016, 11:15 |
Çap et
Estoniyanın paytaxtı Tallinn şəhərindəki Tarix muzeyində dünyanın ən bahalı sikkəsi sərgilənəcək.
Virtualaz.org “RİA Novosti” agentliyinin məlumatına istinadən xəbər verir ki, bu, ABŞ-da basılmış 1 dollarlıq gümüş puldur.
Onun dəyəri hal-hazırda 10 milyon dollar həcmində qiymətləndirilir. 1794-cü ildə buraxılmış sikkə “Flowing Hair” adlanır və üzərində Azadlıq ilahəsinin rəsmi əks olunub.
1974-cü ildə bu sikkə 1250 dollara satılıb, 2013-cü ildə isə onu amerikalı iş adamı Brüs Morelan alıb.
Vaxtilə 1 dollar kimi tədavüldə olmuş bu pul Tallinndən savayı, daha 8 Avropa paytaxtında sərgilənəcək.