ABŞ-dan PKK ilə bağlı tarixi - Etiraf
Tarix: 22-02-2016, 10:43 | Çap et
ABŞ-dan PKK ilə bağlı tarixi - Etiraf
ABŞ Terrorla Mübarizə Mərkəzi PYD-nin PKK-nın Suriya qolu olduğunu etiraf edib.

Axar.az xəbər verir ki, mərkəzin yaydığı hesabatda hər iki təşkilat arasında sıx bağların olduğu bildirilib:

“PKK-nın fəaliyyəti təkcə Türkiyə və Şimali İraqla yekunlaşmır. Təşkilata birbaşa bağlı olan PYD Suriyadakı kürd bölgələrində nəzarəti gücləndirir. Bu da Türkiyə sərhədində təzyiqin yüksəlməsinə səbəb olur”.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bir neçə gün öncə PKK ilə PYD arasında hər hansı bağlılıq görmədiklərini açıqlamışdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net