İcra başçısı üç bağça müdirəsinə sonuncu xəbərdarlıq etdi
Tarix: 19-02-2016, 12:37 | Çap et
İcra başçısı üç bağça müdirəsinə sonuncu xəbərdarlıq etdi
Sumqayıt şəhər İcra Hakimiyyəti 49 saylı bağçanını müdirəsi Sahibə Ağayevanın cəzalandırılması ilə bağlı yayılan informasiyaya münasibət bildirib.
Vertikal.az xəbər verir ki, qurumun sözçüsü İqrar Eyvazov Xeberle.com-açıqlamasında bağça müdirəsinin cəzalandırıldığını təsdiq edib. İ. Eyvazov deyib ki, işlərində məsuliyyətsizliyiə yol verdiklərinə və buraxdıqları nöqsanlara görə 3 bağça müdirəsinə sonuncu xəbərdarlıq olunub: "Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov 5, 49 və 51 saylı bağçaların müdirlərinə şiddətli töhmət verib və sonuncu dəfə işlərində dönüş yaradılması ilə bağlı xəbərdarlıq edib. Bundan sonra bağçalara nəzarət daha da gücləndirilib və bu məsələ diqqətdə saxlanılıb.”

O, sözlərinə əlavə edib ki, gələcəkdə hər hansı bir bağça müdirəsinin işində nöqsan olarsa dərhal ciddi cəzalandırılacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net