Oqtay Rüstəmovun həbs müddəti daha 3 ay artırıldı
Tarix: 19-02-2016, 11:26 |
Çap et
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbs edilmiş daha bir sabiq əməkdaşının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Ötən ilin noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilən “Aztelekom” MMC-nin sabiq baş mühasibi Oqtay Rüstəmov barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Bu il fevralın 21-də barəsindəki 3 aylıq həbs müddəti bitən O.Rüstəmovun həbs müddəti məhkəmənin qərarı ilə daha 3 ay artırılıb.
Xatırladaq ki, O.Rüstəmov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilib. (“Trend”)