Erməni deputat Gürcüstan hökumətini ittiham edir - VİDEO
Tarix: 19-02-2016, 11:08 | Çap et
Erməni deputat Gürcüstan hökumətini ittiham edir - VİDEO
Gürcüstan parlamentinin milliyyətcə erməni deputatı Vaan Çaxalyan hökuməti ölkədəki azsaylı xalqlar arasında ayrı-seçkilik qoymaqda ittiham edib. Onun bu bəyanatı azərbaycanlı deputat Azər Süleymanovun sərt reaksiyasına səbəb olub.

Vertikal.az Türkel TV-yə istinadla xəbər verir ki, Gürcüstan parlamentinin iclaslarından birində Cavaxetiya bölgəsindən seçilən və separatçı mövqeyi ilə tanınan erməni deputatı Vaan Çaxalyan ölkədə son zamanlar azərbaycanlılara daha çox qayğı göstərilməsindən, ermənilərin isə sıxışdırılmasından danışıb.

Milliyyətcə azərbaycanlı deputat Azər Süleymanovun erməni həmkarına cavabı özünü çox gözlətməyib. O, Çaxalyanın çıxışının türklərə və azərbaycanlara qarşı yönəldiyini bildirib. Azərbaycanlı deputat həmçinin ermənilərin işğalçı siyasətinə də toxunub.

Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğunu vurğulayan Azər Süleymanov 1992-ci ildə erməni qəsbkarlarının Xocalıda törətdiyi soyqırıma da diqqət çəkib. O, bu faciəyə hələ də siyasi qiymət verilmədiyini, təşkilatçılarının isə azadlıqda olduğunu qeyd edib.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net