"Adama belə pis şər atarlar?" - Xatun
Tarix: 16-02-2016, 16:49 | Çap et
"Adama belə pis şər atarlar?" - Xatun
Müğənni Xatun Əliyeva qardaşı, stilist Balaşın cinsini dəyişərək qadın olması haqda yayılan xəbərdən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla” verilişində bunu sənətçilərdən birinin etdiyini deyib:

“Kimin kim ilə davası varsa, özüylə həll etsin. Ailəyə toxunmaq insanlığa sığmır. Adama belə pis şər atarlar? Qardaşıma atılan bu şər müğənnilərin işidir. Məni incitmək üçün belə şeyə əl atıblar. Qohumlarımın şou-biznesdən xəbəri yoxdur. Mən onlara bunu necə izah edim? Bunu edən başının üstündə Allahı görmür? Bu gün gündəmdə olmağımı qəbul etmirlər. Elə şər atırlar ki, gülməlidir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net