Davudoğlundan Rusiyaya sərt sözlər: "Alçaqlar!"
Tarix: 16-02-2016, 15:53 |
Çap et
Türkiyənin baş naziri Əhməd Davudoğlu partiyasının qrup toplantısında Rusiya və Suriya hakimiyyəti haqqında çox sərt danışıb. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, baş nazir Suriyanın şimalındakı Azaz qəsəbəsi yaxınlığında cəmləşmiş PYD qüvvələrinə bundan sonra da artilleriya zərbələrinin endiriləcəyini bəyan edib. O, Hələbi bombalayan rus təyyarələri haqqında isə “alçaq” ifadəsini işlədib.
Ukrayna səfəri haqqında da məlumatlar verən Davudoğlu əlavə edib ki, Suriyada mövcud olan problemin kökündə “Bəşər Əsədin əsas problem hesab edilməməsi” dayanır: “Onlar İŞİD-lə mübarizə adı ilə Əsədə zaman qazandırırlar”.