"Onunla üzünü görmədən nişanlandım" - Mətanət İsgəndərli
Tarix: 16-02-2016, 15:37 | Çap et
"Onunla üzünü görmədən nişanlandım" - Mətanət İsgəndərli
Əməkdar artist Mətanət İsgəndərli erkən ailə qurmasından danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişində erkən yaşda ərə getdiyini bildirib:

"Elə bir mühitdə yaşamışm ki, orada müğənni olmaq çətin idi. Dağlı məhəlləsində böyümüşəm, deyirdilər “Qız gedib artist olar?”. Bircə atam oxumağıma razı idi. Yetkinlik yaşıma çatanda evdə dedilər, ərə getməlisən. Mən həyat yoldaşımın üzünü görmədən ərə getmişəm. Elçi gəliblər, valideynlərim də verib. Sadəcə, bilirdim ki, uzaqdan qohumumdur. Nişanlımı üzük taxılandan 4 ay sonra görmüşəm. Atam görüşməyimizə icazə vermirdi. Həyat yoldaşım mənə sənətdə çox dəstək oldu. Kərim doğulmuşdu. Sonra sənədlərimi texnikuma verdim. Ülkər bətnimdə idi, onu tələf etmək istəyirdim. İki uşaqla təhsil almaq mənə çətin gəlirdi. Müəllim kömək edirdi ki, imtahandan keçim. Amma istəmədim və Ülkəri dünyaya gətirdim. Qızımın 1 yaşı olandan sonra yenidən oxumağa başladım”.

M.İskəndərli həyat yoldaşı Oruc bəylə ayrılmasından da bəhs edib:

“Oğlum Kərim birinci sinfə gedəndə ailəm dağıldı. İlk dəfə qastrola gedəndə boşanma ərəfəsindəydim. Anam övladlarıma baxdı, 1 ay səfərdə qaldım. Sonra Türkiyədə səhnəyə çıxdım, orada nələr çəkdim bir Allah bilir. Günləri sayırdım ki, ay tamam olsun, balalarıma qovuşum. Amma dörd ay qaldım, Bodrumda restoranda çalışdım. Səhnə ayaqqabım cırılmışdı, əlimlə tikib geyinirdim”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net