Daha bir nazirlik Apellyasiya Şurası yaratdı, şikayətlər araşdırılacaq
Tarix: 16-02-2016, 15:06 | Çap et
Daha bir nazirlik Apellyasiya Şurası yaratdı, şikayətlər araşdırılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Apellyasiya Şurası yaradılıb.

Bu barədə virtualaz.org saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, prezidentin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Apellyasiya Şurası yaradılıb.

Əmrə əsasən, Apellyasiya Şurasının Əsasnaməsi təsdiq edilib və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Apellyasiya Şurasının sədri, nazirliyin struktur bölmələrinin məsul vəzifəli şəxslərindən ibarət 6 nəfər isə Şuranın üzvləri təyin ediliblər. Apellyasiya Şurasının Kktibliyinin rəhbəri və tərkibi də təsdiq edilib. İctimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurasının yaradılması sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiə olunması məqsədinə xidmət edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net