“Rəhbərliyin getdiyi yolları yalamaq lazım deyil”
Tarix: 16-02-2016, 14:39 |
Çap et
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Almatı şəhərinin akimatına şəhərin 1000 illiyi ilə bağlı şənlik təşkil etməyi tapşırıb.
Aznews.az yerli mediaya istinadən xəbər verir ki, prezident şənliyin təmtəraqdan uzaq, lakin vətəndaşların xeyrinə təşkil edilməsini tapşırıb.
“Almatının bayramını elə keçirmək lazımdır ki, almatılılar hiss etsinlər. Məhəllələrin təmizlənməsi, fəvvarələrin, suvarma sistemlərinin bərpası üçün iş elan edin ki, hər bir sakin hiss etsin”, - deyə o, bildirib.
Nazarbayev işi tapşırdığı şəxsə atmaca da atıb: “Vəsait pis vəziyyətdə olan bütün yolların yaxşılaşdırılmasına ayrılmalıdır. Rəhbərliyin getdiyi yolları yalamaq lazım deyil”.