BMT TŞ-dan Türkiyə ilə bağlı gözlənilməz qərar - Ordunun PYD-ni vurması müzakirəyə çıxarılacaq
Tarix: 16-02-2016, 12:32 | Çap et
BMT TŞ-dan Türkiyə ilə bağlı gözlənilməz qərar - Ordunun PYD-ni vurması müzakirəyə çıxarılacaq
BMT Təhlükəsizlik Şurası, Türkiyə ordusunun PKK terror təşkilatının Suriya qolunu artilleriya atəşinə tutması bugünkü qapalı iclasda müzakirəyə çıxaracaq.

Avropa.info xəbər verir ki, BMT TŞ Rusiyanın tələbi ilə bugünkü qapalı iclasında Türkiyə ordusunun PYD terrorçularını artilleriya atəşinə tutması məsələsini müzakirə etmək haqda qərar qəbul edib.

Rusiyanın məsələni BMT TŞ-nın gündəminə daşıması ilə baş tutacaq iclas zamanı BMT-nin Siyasi Məsələlər üzrə İdarəsinin üzvlərinin məsələ ilə bağlı şuraya təqdimat verməsi gözlənilir.

Şuranın bugünkü ilk gündəmi Yəməndəki qarşıdurmalar və bu ölkədəki humanitar vəziyyət olacaq.

Yəməndəki vəziyyətin müzakirə olunmasından sonra şuranın "Digər məsələlər" başlığı ilə keçiriləcək ikinci iclasında Türkiyənin atdığı son addım müzakirə olunacaq.

İclas zamanı həmçinin Qərb ölkələrinin, Rusiyanın hava hücumlarında məktəb və xəstəxanaları hədəf almasını məsələsini də gündəmə gətirə biləcəkləri ehtimal olunur.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri İsmət Yılmaz Suriyadakı PYD mövqelərinin artilleriya atəşinə tutulması haqda məlumat verərəkən bildirmişdi ki, artilleriya atəşinə səbəb PYD üzvlərinin Kilis vilayətindəki sərhəd mühafizə xidmətinin ərazisini minaatanlardan atəşə tutmasıdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net