Dəhşət: Ata 6 yaşlı oğlunun başını kəsdi – Təfərrüat
Tarix: 16-02-2016, 11:02 |
Çap et
Beyləqan rayon Yuxarı Kəbirli kəndində dəhşətli cinayət hadisəsi törədilib.
Axar.az xəbər verir ki, kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib.
1982-ci il təvəllüdlü ata oğlunu evdən bir qədər aralı, təsərrüfat sahəsinə aparıb və orada övladının başını kəsib. Z.İsgəndərov hadisəni törətdikdən sonra qaçıb.
Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, gənc ata hörgü-suvaq işləri ilə ailəsini dolandırmaqla məşğul olub.
Kənd sakinlərinin sözlərinə görə, hadisə baş verən gün həyat yoldaşı Beyləqanda atası evində olub. Onların ailəsində xırda münaqişələrin tez-tez baş verdiyi bildirilir.
Zahid İsgəndərovun iki oğlu var. Digər övladı isə dörd yaşındadır.
APA-nın məlumatına görə, faktla bağlı Beyləqan Prokurorluğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başladıb, istintaq gedir.