Türkiyədən Rusiyaya "Naxçıvan cavabı"
Tarix: 11-02-2016, 15:00 | Çap et
Türkiyədən Rusiyaya "Naxçıvan cavabı"
“Türkiyə heç bir halda Naxçıvan üzərindəki haqqını itirməz”.

Bu sözləri APA-ya beynəlxalq hüquq məsələləri üzrə tanımış mütəxəssis, İstanbuldakı Yedditəpə Universiteti hüquq fakültəsinin dekanı professor Haluk Kabaalioğlu deyib.

O, Rusiya Dövlət Dumasının iki deputatının Rusiya ilə Ankara hökuməti arasında “Dostluq və əməkdaşlıq sazişi”nin ləğv edilməsi ilə bağlı müraciətini şərh edərkən deyib ki, rus mediasını izləyənlər Türkiyəyə qarşı aparılan düşmən təbliğatının eyni mərkəzdən idarə edildiyini görürlər. “Rus siyasətçilər də eyni mərkəzin psixoloji təzyiqlərinə xidmət edirlər. Türkiyə ilə SSRİ münasibətlərinin ən gərgin dönəmlərində belə heç bir sazişin ləğvi gündəmə gəlməyib, indi də hər hansı sazişin ləğv ediləcəyini düşünmürəm. 1921-ci ildə imzalanmış “Dostluq və əməkdaşlıq sazişi”nin ləğvi ehtimalı da yoxdur. Rusiya sazişi birtərəfli ləğv edə bilər. Onun bu addımı atması belə, Türkiyənin Naxçıvan üzərindəki təminat haqlarını itirməsi ilə nəticələnməz”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatları - Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkin və partiyanın katibi Serqey Obuxov 1921-ci ilin martın 16-da Türkiyə Böyük Millət Məclisi hökuməti ilə Rusiya Sovet Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında müqavilənin ləğvi təşəbbüsü ilə çıxış ediblər.

Həmin müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənib və Türkiyə onun qarantı kimi çıxış edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net