Netanyahu bütün İsraili çəpərə almaq istəyir
Tarix: 10-02-2016, 17:13 |
Çap et
İsrail baş naziri Benyamin Netanyahu ölkəsinin quru sərhədləri boyunca çəpər çəkməyə söz verib.
Avropa.info xəbər verir ki, Netanyahu bu yolla İsrailə daxil olmaq istəyən fələstinlilər və digər ərəb respublikalarının vətəndaşlarından yaxa qurtarmaq istəyir. Bu barədə “Guardian” qəzeti yazıb.
“Özümüzü bizi əhatə edən vəhşi heyvanlardan qorumalıyıq. İsrail bütün istiqamətlərdən çəpərlə əhatə olunacaq” – Netanyahu belə deyib.
Layihə milyardlarla şekel dəyərində olsa da, İsrail sərhədlərinə divar çəkməklə HƏMAS-la olan problemi həll edə biləcəyini düşünür.
Netanyahunun təklifi İsrail hökumətində birmənalı qarşılanmayıb. Təhsil naziri Naftali Bennet onu tənqid edib.