"Həm Türkiyəni, həm də Azərbaycanı sarsıtmaq istəyən qüvvələr var" - Aqil Acalov
Tarix: 10-02-2016, 16:24 | Çap et
"Həm Türkiyəni, həm də Azərbaycanı sarsıtmaq istəyən qüvvələr var" - Aqil Acalov
“İlk növbədə onu qeyd etmək istəyirəm ki, bu təxribat xarakterli bir informasiyadır. Son illər ərzində Azərbaycan və Türkiyə hökümətləri arasında ki, dostluq və qardaşlıq əlaqələrinin daha da güclənməsi bu qüvvələri daha da narahat etməyə başlayıb”.

Bunu Avropa.info-ya açıqlamasında Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov “Sabah” qəzetinin Azərbaycana qarşı yol verdiyi təxribata münasibət bildirərkən deyib. O, bu cür halların baş verməsini təbii hal kimi qiymətləndirdiyini önə çəkib: “Heç kimə sirr deyil ki, bu gün həm Türkiyədə, həm də Azərbaycanda uzun zamandı dövlətlərimizi daxildən və xaricdən parçalamaq və sarsıtmaq istəyən anti-milli qüvvələr aktiv fəalliyət göstərirlər. Son zamanlar onların aktivliyi daha da artıb. Bu gün Türkiyənin hər hansı bir media orqanı vasitəsi ilə Azərbaycana qarşı təxribata yol verilibsə, buna görə bütövlükdə Türkiyəni günahlandırmaq olmaz. Bu yalnız və yalnız iki qardaş öləkər arasında nifaq salmaq istəyən güclərin xeyrinə ola bilər. Unutmayaq ki, türk heç bir zaman türkə xəyanət etməz. Türkiyə dövləti və Anadolu türkləri həm bir dövlət, həm də bir xalq olaraq hər zaman Azərbaycanın dövlətinin və xalqının yanında olub. Çünki bizlər eyni qanı daşıyırıq, eyni dildə danışırıq, inancımız birdir, bir millət iki dövlətik. Əgər bizlər türk birliyinin qurulmasını,türk qardaşlığının daha da güclənməsini istəyiriksə bir türk milləti olaraq dövlətlərimizin ətrafında sıx birləşib, antimilli qüvvərə qarşı birgə mübarizə apararaq, yüksək iradə nümayiş etdirməliyik. Daima bu cür halların baş verməsinə hazır olub öncədən tədbirlər görməliyik. Burada məsuliyyət yalnız dövlətlərin üzərinə deyil, eyni zamanda millətin üzərinə də düşür. Media nümayəndərini də ayıq-sayıq olmağa çağırıram”.

Xatırladaq ki, Türkiyənin “Sabah” qəzetinin hazırladığı Dünya Turizm Forumu çərçivəsində keçirilən "nazirlər toplantısı" haqqında məqalədə verilən Azərbaycanın xəritəsində Dağlıq Qarabağ Azərbaycan bölgəsi kimi göstərilməyib. Yalnız Azərbaycan XİN-in məsələyə reaksiyasından sonra yanlışlıq aradan qaldırılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net