Eltondan Aygünə sərt cavab gəldi: "Müharibə olacaq"
Tarix: 10-02-2016, 16:22 |
Çap et
Xalq artisti Aygün Kazımovanın müğənni Elton Hüseynəliyev barəsində söylədiyi tənqidi fikirlər cavabsız qalmayıb. Lent.az-ın məlumatına görə, E.Hüseynəliyev qalmaqalla bağlı bunları deyib: “Hələ müsahibələr, müharibələr çox olacaq. Əsas odur ki, Allaha şükür ki, kiminsə sayəsində bu sənətə gəlməmişik. Amma imkan vermərəm ki, kimsə mənimlə təhqirlə danışsın. Məni təhqir edənlərlə lazımı yerdə görüşəcəyik. Qaldı ki, müsahibəmə, dediyim sözlərin arxasındayam. Və buna da geniş açıqlamam olacaq. Hər şey kənardan göründüyü kimi deyil. Həqiqət ortaya çıxacaq".
Qeyd edək ki, E.Hüseynəliyev müsahibəsində xalq artisti Brilliant Dadaşova barasində "Paxıl insan sənətkar olmaz" deməsi Aygün Kazımovanın qəzəbinə tuş gəlmişdi. gəlməmişdi. Xalq artisti həmkarını sosial şəbəkə vasitsəi ilə biabır etmişdi. Belə ki, o, E.Hüseynəliyev barəsində bir çox tənqidi fikirlər səsləndirmişdi.