Allahşükür Paşazadə: "Həmişə dövlətimizin yanındayıq"
Tarix: 10-02-2016, 16:10 | Çap et
Allahşükür Paşazadə: "Həmişə dövlətimizin yanındayıq"
"Biz dindarlar həmişə dövlətimizin və dövlət rəhbərimizin yanındayıq. İnanıram ki, bu, gələcəkdə də belə davam edəcək".

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fevralın 8-fən fəaliyyətə başlayan "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016" adlı Beynəlxalq Multikulturalizm Qış Məktəbininn iştirakçıları ilə görüşündə deyib.

A.Paşazadə qeyd edib ki, Azərbaycanda müstəqillik dövründə tolerantlıq, dinlərarası dialoq, multikulturalizm özünü çox yüksək şəkildə göstərib: "Azərbaycanda həm sünni, həm də şiələr yaşayır. Azərbaycanda müxtəlif dinlərə mənsub insanlar da sərbəst şəkildə yaşayır. Azərbaycanda bütün dinlərin nümayəndələri bir yerdədir. Sizin indi gördüyünüz bu mənzərə yalnız görünüş üçün deyil, həmişə belə olub".

2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edildiyini xatırladan Şeyxülislam bildirib ki, bunu Azərbaycanda indiyədək multikulturalizmin olmaması kimi başa düşmək düzgün deyil. A.Paşazadə ölkəmizdə multikulturalizmin həmişə mövcud olduğunu vurğulayıb.

QMİ sədrinin sözlərinə görə, Azərbaycanda dinlərarası münasibətin əsaslı bünövrəsi demək olar ki, O, əlavə edib ki, dövlət dinindən asılı olmayaraq, bütün icmalara yardım göstərir. Heydər Əliyevin qoyduğu siyasətə uyğun olaraq, bu gün Azərbaycan Prezidenti İlham Əliyev də bütün dini icmalara çox gözəl münasibət göstərir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net