Azərbaycanda nağd hesablaşmalara limit qoyulması təklif edilib
Tarix: 10-02-2016, 14:52 |
Çap et
Azərbaycanda nağd hesablaşmaların aparılmasına limit qoyulması təklif edilib.
Trend-in məlumatına görə, bu təkliflə Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumunda deyib.
Onun sözlərinə görə, 1 əməliyyat çərçivəsində nağd hesablaşmalara min manat həcmində limit qoymaq olar.
Ekpsert ölkə daxilində elektron ticarətin ƏDV-dən azad edilməsini təklif edib: "Söhbət məhsullarını yalnız internetlə satan sahibkarlardan gedir".