Əməkdar artist Ədalət Şükürov məşhur "Kemancı" adlı türk mahnısını oxuyub.
Axşam.az-ın məlumatına görə, ifaçı bu bəstəni türkiyəli ifaçı Sinan Özənin xahişi ilə oxuduğunu deyib.
Bu haqda "5/5" verilişində danışan Ə.Şükürov ifanın maraqlı alındığını deyib:
“Sinan Özən yaxın dostumdur. Mənə zəng vurub dedi ki, bu mahnını oxu. Köhnə türk mahnısıdır. Oxudum, dostlarım aranjiman etdilər. Bəstəni bu günə kimi Funda Arar və bir çox məşhurlar oxuyub”.