Mikayıl Cabbarov əmr imzaladı
Tarix: 10-02-2016, 11:13 | Çap et
Mikayıl Cabbarov əmr imzaladı
Azərbaycanda ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində fevral ayının 26-da ilk dərs Xocalı soyqırımına həsr ediləcək.

Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, bu, təhsil naziri Mikayıl Cabbarovun Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün qeyd edilməsi ilə bağlı təsdiqlədiyi Tədbirlər Planında öz əksini tapıb.

Əmr əsasında ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində fevral ayı ərzində Xocalı soyqırımına həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net