Putinin sorğu-sual ediləcəyi tarix bilindi
Tarix: 10-02-2016, 10:47 |
Çap et
Rusiya Federasiyasının prezidenti Vladimir Putin televiziya ilə ənənəvi birbaşa yayımla sualları cavablandıracaq.
AzVision.az -ın məlumatına görə, canlı yayım aprelin 14-də yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 14:00-da) başlayacaq.
Putin ənənəvi tədbirində ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatına aid olan, həmçinin beynəlxalq vəziyyətlə bağlı ona ünvanlanan sualları cavablandıracaq. Mətbuat konfransı "Rossiya1", "Rossiya24", telekanalları, "Mayak" radiostansiyası, "FM Xəbərləri" və "Rusiya Radiosu" ilə canlı yayımlanacaq.
Qeyd edək ki, 2015-cü ildə “Rusiya prezidenti ilə birbaşa xətt” verilişi aprelin 16-ı baş tutub və 3 saat 57 dəqiqə davam edib. O, 74 sual cavablandırıb.